Yaponiyanın avtomobil şirkəti "Toyota təhlükəsizlik yastıqlarında olan problemə görə dünya üzrə 5,8 milyon avtomobili geri çağırır.
Unikal.org xəbər verir ki, şirkətin yaydığı bəyanatda bildirilib ki, geri çağrılan avtomobillər 2000-ci və 2004-cü illərdə istehsal edilən, o cümlədən "Korolla və "Yaris modelləridir.
Ümumiyyətlə, ilk dəfə deyil ki, "Takata şirkətinin təhlükəsizlik yastıqları ilə təchiz olunan avtomobillər geri çağırılır. Bundan əvvəl də bir neçə avtomobil istehsalçıları bəyan ediblər ki, "Takatanın təhlükəsizlik yastıqları avtomobil hərəkətdə olan zaman öz-özünə açıla bilər. Bu qurğunun balaca dəmir detalları maşının salonuna uçub həm sürücüyə, həm də sərnişinlərə zərər verə bilər.
"Toyotanın mətbuat xidmətinnin məlumatına görə, nöqsanı olan təhlükəsizlik sistemi böyük fəsadlara gətirib çıxara bilər.
Xatırladaq ki, "Toyota" bundan əvvəl də bir neçə dəfə avtomobillərini geri çağırmaqla bağlı bəyanatlar yayıb. Bu maşınların istehsalı zamanı konstruktiv qüsurlar və səhvlərlə bağlı olub.