Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra sosial şəbəkələrdə yayılmış fotolara görə boşanıb.
Unikal.org-un məlumatına görə, bu barədə The Independent nəşri yazıb.
Səudiyyə Ərəbistanın qanunlara əsasən, kişilər heç bir səbəb olmadan belə birtərəfli qaydada boşana bilərlər. Qadınlar isə boşanma ərizəsi verməzdən əvvəl ərlərinin və məhkəmənin razılığını almalıdırlar.