İtaliyanın mərkəzi bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Askoli-Piçeno şəhərindən 37 km qərbdə, paytaxt Romadan isə 132 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Avqustun 25-də İtaliyanın mərkəzi bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində 300 nəfər ölmüş, 400-dən çoxu xəsarət almışdı.