"İslam dövləti terror təşkilatının döyüşçüləri İraqın Mosul şəhərində dinc əhalidən seçilməmək üçün saqqallarını qırxırlar.

Unikal.org xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.

"Mən İŞİD yaraqlılarını görmüşəm, onların xarici görünüşləri tamamilə dəyişib. Onlar saqqallarını qırxıblar və paltarlarını dəyişiblər, - Əbu Saif adlı şəhər sakini bildirib.

Onun sözlərinə görə, yaraqlılar snayperlərin hədəfinə çevrilməmək və şəhəri asan tərk etmək üçün xarici görünüşlərini tamamilə dəyişiblər.