NATO-ya üzv 6 ölkə Qara dəniz regionuna hərbçilərini göndərməyə hazırdır.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
Baş katib həmçinin deyib ki, Alyansın 2017-ci ilin əvvəlində Şərqi Avropada dörd batalyonun tərkibində 17 ölkə təmsil olunacaq: "Albaniya, İtaliya, Polşa, Sloveniya hərbçiləri Latviyada Kanada kontingentinə, Danimarka və Fransa hərbçiləri Litvada Böyük Britaniya kontingentinə və nəhayət Rumıniya və Böyük Britaniya hərbçiləri Polşada ABŞ hərbi kontingentinə qoşulacaq.
Qeyd edək ki, Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirləri Şurasının sammiti keçirilir.