İŞİD terror təşkilatının silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam edib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraq parlamentinin deputatı Əbdül Rəhim əş-Şəmri bəyan edib.
Terrorçuların Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Mosul yaxınlığında yerləşən iki kənddə İŞİD-çilər 232 dinc sakini edam ediblər, deyə deputat bildirib.
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.