"ARB TV"nin "Gəlin danışaq" verilişində qonaq olan əməkdar artist Almaz Ələsgərli gec-gec görünməsinin səbəbini açıqlayıb.
Unikal.org-un məlumatına görə, müğənni bildirib ki, haqqında yayılan dedi-qodulara önəm vermir:
"Bəzi insanlar var ki, birinin üstünə beşini qoyub bəziyirlər,danışırlar. Belə şeyləri götürmürəm, mənə pis təsir edir. Ona görə də gündəmdən uzaq gəzirəm. Başımı aşağı salıb sənətimlə məşğul oluram. Oda mənə rahatlıq verir. Çalışıram ki, müsahibə də verməyim. Hansısa sözümü götürüb şişirdilmiş formada təqdim edirlər. Öz-özümə deyirəm ki, ay Almaz, sakit ol, fikir vermə. Artıq fikir də vermirəm, nə istəyirlər onu da yazsınlar. Çalışıram fikir də vermiyim".
A.Ələsgərli qızı haqqında yazılan yalan məlumatlara münasibət bildirib:
"Həmişə demişəm ki, mənə nə deyilir deyilsin, amma balalarım haqda danışılmasın. Bu yaxınlarda saytların birində qızımın şəklini qoyublar və pis-pis şeylər yazıblar. Mən ona əhəmiyyət vermədim, qulaqardına vurdum. Belə bir cümlə işlətdim ki, onları məhkəməyə verəcəm. Onlar bunu eşitdilər və yazdılar ki, Almaz xanım bu haqda danışmaqdan imtina etdi. Söhbəti fırlatdılar öz xeyirlərinə. Yalan söhbətlər ortada qalmır, yaddan çıxıb gedir".