"Hər şey daxil" verilişində qonaq olan əməkdar artist Mətanət İsgəndərli qızı Ülkərdən bəhs edib.
Unikal.org -un məlumatına görə, sənətçi qızının ailə qurmamasının səbəbini açıqlayıb:
"Allah Ülkərə və onun kimi subay qızlara ana olmağı qismət etsin. Bu dəqiqə ərə getmək problemdir. Fikirləşirsən ki, beş günlük ailə qurmaq lazım deyil. Ona görə də qızım çox fikirləşir. Ülkərə oğlan bəyəndirə bilmirik. Deyir ki, ailə qururamsa, ömürlük quracam. Bu dəqiqə boşanmaların sayı çoxalıb.
Qeyd edək ki, sənətçinin qızı Ülkər iki dəfə nişanlı olub.