Səhiyyə Nazirliyi "Oksigen klinikasında 2 yaşlı Məhəmməd Həsənlinin ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.
Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün ya mərhumun qohumları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə müraciət etməlidir. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
Qeyd edək ki, azyaşlının dünən "Oksigen klinikasında cərrahiyə əməliyyatı zamanı öldüyü deyilir.