Aşıq Əlinin idarə etdiyi iki avtomobillə bağlı cərimələrin məbləği 4 min manata yaxın olub, cərimə balları isə 24-ə çatıb.
Unikal.org avtosfer.az-a istinadən bildirir ki, bu səbəbdən də Qaradağ Rayon Dövlət Yol Polisi Şöbəsinə çağırılan Aşıq Əlinin sürücülük hüququ 6 ay müddətinə məşdudlaşdırılıb və sürücülük vəsiqəsi əlindən alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Aşıq Əlinin sürücülük hüququnun məhdudlaşdırıldığını təsdiq edib. Bu qərar onun cərimə ballarının 20-ni ötməsi və təyin edilmiş cərimələri vaxtında ödəmədiyi üçün qəbul edilib, İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsaslandırılıb.
Sayt yazır ki, Aşıq Əlinin sürücülük hüququ ilk dəfə məhdudlaşdırılmır. Belə ki, 2013-cü ildə onun sürücülük hüququ yenə də 6 ay müddətinə məhdudlaşdırılıbmış. Bu dəfə də səbəb cərimələri vaxtında ödəməməsi və cərimə ballarının çox olması olub.