Türkiyə hərbi təyyarələri Hələb şəhərinin şimal istiqamətindənSuriyahavaməkanına daxil olmağa çalışıblar.

Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə Rusiyanın "Sputnik agentliyi təhlükəsizlik strukturlarındakı mənbə məlumat yayıb. 

Bildirilir ki, Türkiyə hərbi təyyarələriSuriyavə Rusiya hərbçilərinin xəbərdarlığından sonra geri qayıdıblar.

Xatırladaq ki, Türkiyə ordusu bu il avqustun 24-dəSuriyaərazisində İŞİD-ə qarşı "Fərat qalxanı adlı əməliyyata başlayıb.