Cənubi Koreyanın paytaxtı Seulda prezident Pak Kın Henin istefasının tələbi ilə bağlı kütləvi nümayiş keçirilib.
Unikal.org-un "Tass.ruya istinadən verdiyi məlumata görə, polisin açıqlamasına əsasən, paytaxt mərkəzində təxminən min insan toplaşaraq dövlət başçısının postundan getməyini tələb edib.
Daha geniş miqyaslı etiraz aksiyaları oktyabrın 29-na təyin olunub.