Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimiqiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.