İtaliyada kifayət qədər zəngin olan bir işadamı öz qərarı ilə dünyanın diqqət mərkəzinə düşüb.

Unikal.org xəbər verir ki, 90 yaşında dünyasını dəyişən biznesmenin sərvətinin yarısını katibəsinə miras qoyduğu məlum olub. Söhbət 75 milyon dollardan gedir. Ölkənin ən böyük dördüncü supermarketlər şəbəkəsini quran Bernardo Kaprotti, 48 il ona katibəlik edən Cermana Çiodinin əməyini unutmayıb.

Vəsiyyətnaməsində sərvətinin yarısını, 75 milyon dolları Çiodiyə bağışlayan iş adamı, digər yarısınının da qohumları arasında bölüşdürülməsini istəyib.

Qeyd edək ki, İtaliyada mirasdan pay alanlar ölənin yaxın qohumu deyilsə, 8 faizlik vergi öməlidir. 75 milyon dolardan katibəyə 69 milyon dollar qalacaq.

Bernardo Kaprotti ötən ay dünyasını dəyişmişdi.