OPEC-ə üzv ölkələrin Vyanada keçirilən texniki görüşü başa çatıb.
Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, danışıqlar sabah davam etdiriləcək.
Bu barədə jurnalistlərə iclası tərk edən görüş iştirakçıları deyib.
Qeyd edək ki, oktyabrın 29-da həmçinin kartelə üzv olmayan, lakin hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlara qatılan ölkələrin iştirakı ilə məsləhətləşmələr aparılacaq.