Əməliyyatla cinsiyyətini dəyişdirib qız olan dağıstanlı Adam özünə vətənində təmtəraqlı toy edib.
Unikal.org bildirir ki, adını dəyişdirib Rihanna qoyan 25 yaşlı oğlanın toyu valideynlərin iştirakı ilə baş tutub.
Xatırladaq ki, Adam ailəsinə Moskvaya əməliyyatla cinsiyyətini dəyişdirmək üçün getidyi barədə yalan danışıb. Belə ki, o, ailə üzvlərinə Moskvaya iş dalınca getdiyini deyib. Onun bu addımı atmasına səbəb sevgilisinin xoşuna gəlmək və onu razı salmaq istəməsi olub. Buna baxmayaraq, Adam ailəsinə mütəmadi olaraq pul göndərib və öz qərarı barədə heç kimə danışmayıb.
O, hər şeyi nəzərə alaraq risk etməyə qərar verib. Əməliyyatla onun cinsiyyət orqanı uzaqlaşdırıb, həm sinəsinə silikon qoydurub, həm də burnunu kəsdirib. Cavan oğlan hətta özünə Rihanna adı seçib. Əməliyyatdan sonra yeni görkəminin fotolarını İnstaqram-da paylaşan oğlan tezliklə sosial şəbəkələrdə populyarlaşıb.
Hadisədən xəbər tutan ailənin şoka düşdüyü, onu vətəninə buraxılmayacağı, hətta ölümlə təhdid edildiyi deyilirdi. Lakin şəkillərdən görünür ki, bu xəbərlər əsassızdır. Nə qədər qəribəolsa da, Adam-Rihanna Qaraçay-Çərkəz sakini ilə Dağıstanda özünə toy edib. Toyda cütlüyün valideynləri də iştirak edib.