Bakıda piyadanın ölümü və yaralanması ilə nəticələnən Mingəçevir və Xəzər rayonuna yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, oktyabrın 28-də saat 13 radələrində Mingəçevir şəhərində şəhər sakinləri Elvin Cəfərov idarə etdiyi "Opel" markalı avtomobili qarşıda gedən Vüsal Mədətovun idarə etdiyi "Volksvagen" markalı avtomobilə vurmuş, "Volksvagen" markalı avtomobilin sürücüsü idarəetməni itirdiyindən yolu keçən Ağdaş rayon sakini Gülay Abdullayevaya dəymişdir.
Nəticədə piyada, E.Cəfərov və 1 sərnişini, habelə V.Mədətovun 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.
Oktyabrın 28-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Şükran Nəsirov idarə etdiyi "AzSamand" markalı avtomobillə yolu keçən həmyerlisi Könül Atakişiyevanı vurmuş və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.