ABŞ-ın Portland şəhərində yaşayan Erin Hatzi adlı qadının başına çox qəribə hadisə gəlib. Hatzinin "Subaru" markalı avtomobili oğurlanıb. Oğurluq hadisəsindən bir gün sonra isə Hatzi avtomobili həyətda görür. Avtomobilin içində isə 1 məktub və 30 dollar pul olub.
Unikal.org xəbər verir ki, məktubda bunlar yazılıb: "Salam...avtomobilinizi götürdüyümüz üçün üzr istəyirəm. Dostuma açarı verib "7802 SE Woodstock adresinə park etdiyim qırmızı rəng "Subaru" marka avtomobilimi götürməsini xahiş etmişdim. Səhər avtomobilimi görəndə mənim olmadığını başa düşdüm. Yanacaq üçün 30 dollar pul qoyuram. Sizə verdiyim narahatçılığa görə, üzr istəyirəm. Əgər sübhələriniz varsa adım Bernadettdir və telefon nömrəm ***. Qarışıqlıq üçün üzr istəyirəm"
Hatzi, avtomobilinin olmadığını gördüyü zaman polisə müraciət etdiyi üçün, o bu məsələ ilə bağlı yenidən polisə gedib.
Kamera görüntülərini incələyən polis, avtomobili götürən şəxsin həddindən artıq sakit davrandığını və çox təcrübəli olduğunu düşünüb. Lakin Hatzi polisə məktubu təqdim etdikdən sonra hər şey aydın olub.
Polisin bildirdiyinə görə "Subaru" markalı avtomobillərdə bəzən bir açarla bir neçə avtomobilin qapısını açmaq mümkün olur.
Hatzi, məktubu və əlavə olaraq qoyulmuş 30 dolların şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb: "Pis bir komediya filminin ssearisi kimidir. Danışdıqlarıma heç kim inanmır. Avtomobilimin gecəni harada keçirdiyini bilmirəm, amma bir macəra yaşayıb geri döndüyündən əminəm".