Britaniyanın "The Times nəşri Avropadakı növbəti hərbi münaqişə yerini açıqlayıb.
Unikal.org xəbər verir ki, qəzetin iddiasına görə, Krım, Donbas və Suriyadan sonra Baltikyanı ölkələrdə münaqişə gözləniləndir.
"Ehtimal ki, Baltikyanı ölkələrdə üçüncü dünya müharibəsi alovlanacaq. Ancaq Rusiya tərəfinin provakasiya riskini, kobud və düşünülmüş səhvlərini də nəzərə almaq lazımdır. Bu cür risklər əvvəlki kimi yüksəkdir, - məqalədə vurğulanır.
Nəşr xatırladır ki, Rusiyanın qərbində, NATO ilə sərhədə bəzi dəyərləndirmələrə görə, 330 min Rusiya hərbçisi cəmləşdirilib, Kalininqrad vilayətində raket komlekləri var. Rusiya hərbi təyyarələri və gəmiləri gözlənilməz manevrləri ilə diqqəti cəlb etməkdədir.