Unikal.org-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlısəs Prezident sarayında təşkil olunacaq Türkiyənin Cümhuriyyət elan olunmasının 93-cü ili ilə əlaqədar tədbirdə iştirak edib.
O, bu haqda "İnstaqram səhifəsində bildirərək, prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğandan üzr istəyib:
"Cümhuriyyətimizin 93-cü ili mübarək olsun. Türkiyə Cümhuriyyətinin qurulmasında və bu günlərə gəlməsində canını heçə sayan bütün şəhidlərimizi hörmətlə anıram. Qrip olduğum üçün hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan və xanımının təşkil etdiyi tədbirdə iştirak edə bilməyəcəyim üçün üzr istəyirəm.