2016-cı ilin noyabrında Yer kürəsində 15 gün ardıcıl olaraq tam qaranlıq olacaq.
Bu haqda ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) məlumat verildiyi bildirilir.
Məlumata görə, dünya noyabrın 15-də, saat 3:00-da qəribə hadisəni sınaqdan keçirəcək və bu, təxminən 30 noyabr saat 4:45-ə kimi davam edəcək.
Səbəb isə Venera ilə Yupiterin yaxınlaşması, nəticədə yarar hidrogen Günəşlə əlaqəyə girəcək. Nəticədə Günəş rəngini dəyişəcək və Yerdə qaranlıq olacaq.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoruElçin Babayevdeyir ki, NASA-nın rəsmi saytında bu barədə heç bir məlumat yoxdur: "Bu məlumatlar cəfəngiyyatdan başqa bir şey deyil".
Unikal.org xəbər verir ki, Şamaxı Astro-Fizika rəsədxanasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətai adıçəkilən iki planetin yaxınlaşmasının mümkün olmadığını deyib: "Venera Yerdən 105 milyon kilometr, Yupiter isə 750 milyon kilometr aralıda yerləşir. Heç zaman Venera ilə Yupiter yaxın məsafədə ola bilməz. Onlar sferanın başqa radiuslarında yerləşirlər. Bu, iki planetin görüşməsi qəti mümkün deyil. Yupiterin atmosferi həddən artıq soyuqdur. Heç zaman onun atmosferindəki hadisə nəticəsində toqquşma və hidrogenin yanması mümkün deyil. Günəşlə digər planetlər arasındakı məsafə həddən artıq böyükdür və onların qarşılıqlı əlaqəsi ola bilməz. Mən illərdir planetləri araşdıran biri kimi bu hadisənin mümkün olmadığını deyə bilərəm. NASA-nın Rusiya mətbuatında qeyd olunan kimi məlumat yayması mümkün deyil. Sadəcə, onların adından belə informasiyalar yayırlar. Günəşin temperaturunun 9 min dərəcəyə qalması da yalan məlumatdır".
Ə.Ətai hər il belə məlumatların yayılmasını insanların məlumatsızlığı ilə əlaqələndirdi: "Veneranın Yupiteri örtməsini birləşmə kimi başa düşənlər insanları qorxutmaq üçün bu cür məlumatlar yayırlar. Bu planetlər öz orbitləri üzrə hərəkət edirlər. Onlar bir-birinə nə yaxınlaşa, nə də toqquşa bilərlər. Hətta Çarlz Bolden kimi alimin adından istifadə edirlər. Onun kimi bir alim bu cür əsassız fikirlər irəli sürə bilməz".