Tanzaniyada albinos olmaq bir qorxu filminin baş qəhrəmanı olmaq kimidir.
Afrikada hələ də bütpərəstliyin hakim din olmasının nəticəsidir ki, orada "sehirli iksirlər" satan cadugərlər at oynadır. Vudu cadugərləri birdən-birə varlanmaq, yaxşı bir qismət tapmaq istəyən və ya sağlamlığına qovuşmaq istəyən cahil, bütpərəst afrikalılar hesabına əməlli-başlı qazanırlar. Belə ki, hələ də Afrikada albinos əlləri, ayaqları, gözləri və ya baş dərisi olan iksirləri satmağa adam tapırlar.
Dünyada şans gətirdiyi üçün öldürülən yeganə varlıqlar olan albinosların doğranmış orqanları da bahalıdır. Belə ki, bir albinosun baş dərisi, əlləri və ayaqları 250 min dollara qədər satılır. Xüsusilə, Tanzaniyada insanların su gətirmək üçün kilometrlərlə yol qət etməli olduğu yaşayış yerlərində albinos uşaqlar çox asan "ov"lanır.
Rəsmi rəqəmlərə görə, Tanzaniyada 2007-ci ildə 53 albinos qəddarlıqla qətlə yetirilib, bədənləri parçalanaraq satılıb. Bəzi bölgələrdə albinos körpələrin anadan olan kimi öldürüldüyü də bildirilir.
Bir albinosun orqanları üçün 75 min dollar məbləğində pul verməyə razı olan alıcı tapılır. Hesablamalara görə, Tanzaniya albinosların ən çox yaşadığı ölkələrdəndir.
Albinoslar sadəcə öldürülüb doğranmır. Onlar tez-tez təcavüzə də məruz qalırlar. Çünki Afrikada albinos ilə əlaqəyə girməyin QİÇS xəstəliyini yaxşılaşdırdığına dair də bir inanc var. Bu səbəbdən də, öldürülən albinos uşaqların arasında həm qızlar, həm də oğlanlar təcavüzə məruz qalır.
Tanzaniyada "insan olmayan, ruh bəzən tanrı tərəfindən cəzalandırılmış "dəli" kimi qiymətləndirilən albinoslar bu səbəblərdən çox vaxt məktəblərə də qəbul edilmir.
Albinoslar işlə bağlı da ciddi ayrı-seçkiliklə üzləşirlər. Belə ki,yalnız günəş altında işləmək məcburiyyətində qaldıqları iş yerlərinə qəbul edildiklərindən albinosların dəri xərçənginə yaxalanma riski də yüksək olur.
12 yaşlı Zaviya Kasim Günəşdən çox qorxur
Rəsmi rəqəmlərə görə, Tanzaniyada 2007-ci ildə 53 albinos qəddarlıqla qətlə yetirilib, bədənləri parçalanaraq satılıb. Bəzi bölgələrdə albinos körpələrin anadan olan kimi öldürüldüyü də bildirilir.