Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraqla sərhəddə hərbi kontingenti gücləndirmək niyyətində olduğunu bildirib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Amkarada Cümhuriyyət Gününə həsr olunmuş qəbulda deyib.
Onun sözlərinə görə, İraqın Təl-Əfər şəhərində kompakt yaşayan türkmənlərə qarşı zor tətbiq edilərsə, Türkiyə "fərqli cavab verə bilər.