Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığı aparıb.
Unikal.org xəbər verir ki, görüşdə ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda xidmət göstərən vəzifəli şəxslərin ailələrinin Türkiyəni tərk etmələri barədə verilən qərar müzakirə edilib.
Tərəflər terrorla mübarizədə əməkdaşlıq məsələlərini də gündəmə gətiriblər.