"Kanadanın Toronto şəhərində, azərbaycanlı ailəsində doğulmuşam. Şəhərin şimalındakı Riçmond səmtində yaşayırdıq".

Unikal.org bildirir ki, bunu Torontodakı "The Star" qəzetinə verdiyi müsahibəsində 21 yaşlı azərbaycanlı model Kamilla Osman deyib. Onun sözlərinə görə, indi çox məşhur olmasına sevinir.

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış Kim Kardaşyanı əvvəllər tanımadığını deyən Kamilla sözlərinə belə davam edib: "Bizdə kabel televiziyası olmadığından Kardaşyanlar ailəsinin populyar "Keeping Up with the Kardashians" realiti-şousuna baxa bilmirdim. Sonra Kim Kardaşyanın internetdə fotolarına baxdım. Söz yox, Kardaşyan gözəl qadındır. Amma ona çox bənzədiyimi sanmıram. Simam, saçlarım, qaşlarım ona bənzəyir. Bəlkə də buna görə məni onunla müqayisə edirlər".



Kamilla Osmanın dediyinə görə, Kim Kardaşyanın pərəstişkarıdır: "Onu çox sevirəm, çünki Kim Kardaşyan dünyanın ən gözəl qadınlarından biridir. Amma özüm olmaq istəyirəm. 15 yaşım olanda dodaqlarımın ölçülərini böyütdüm. Dodaqlarım atamın dodaqlarına bənzəyir: anamın dodaqları iridir. Burnumda çəpər əyrilyii olduğundan rinoplastika əməliyyatına da məruz qalmışam. Daha sonra burnumun ölçülərini dəyişdim".