Türkiyə Cümhuriyyətinin 93-cü ildönümü münasibətilə Bakıda ziyafət təşkil edilib.
Unikal.org xəbər verir ki, ziyafətdə Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral və həyat yoldaşı iştirak edib. Gecəyə məşhur opera ifaçısı Oya Ergün ifaları ilə rəng qatıb. İfaçı məşhur əsərlərini səsləndirib.
Oya Ergün konsertdə həm də özünü dirijor kimi sınayıb. Belə ki, o "Cumhuriyyət qadınları" xorunu idarə edib. Onu İstanbulun məşhur musiqiçiləri Hakan Kaya və onun orkestrì müşayiət edib.
Qeyd edək ki, ziyafəti "Bakı Söhbət Toplantıları" klubu təşkil edib.