Bakının Sabunçu rayonunda 10 yaşlı qıza təcavüz edilib.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində evlərdən birində baş verib.
Həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Samirə Mehdiyevaya (ad və soyad şərti verilib) xalası oğlu, 1980-ci il təvəllüdlü Kamil Əliyev təcavüz edib.
Nəsimi rayonunda yaşayan Kamil Əliyev xalasının evinə qonaq gəlib. Gecəni xalası evində qalan Kamil Əliyev gecə saat 03.30 radələrində xalası qızına qarşı seksual xarakterli hərəkətlər edib.
Ertəsi gün Kamil Əliyev xalasının evini tərk edib. Yuxudan oyanan azyaşlı qız baş verənlərlə bağlı anasına danışıb. Qızın valideynləri baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Bölmədə toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Sabunçu Rayon Prokurorluğuna göndəriləcək.