Müğənni Sibel Can Şimali Kiprdə konserti zamanı çətin anlar yaşayıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, kulis hazırlığı zamanı pambığın qulağının içinə girməsi ifaçını qorxudub. Həyəcanlanan müğənni "Mənə təcili həkim tapın" deyincə təcili tibbi yardım göstərilib. Problemin aradan qaldırılmasından sonra sakitləşən Sibel Can səhnəyə yarım saat gec çıxıb.