"Bu şəhərdə" komandasının Moskvada planlaşdırılan yubiley konserti baş tutub.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, mərasimdə komandanın üzvləri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov bir çox tanınmışı yamsılayıb.
Onlar arasında aparıcı Xoşqədəm Hidayətqızının və stilist Samiraldonun parodiyası diqqət çəkib. Hər iki obrazı C.Rəhimov canlandırıb.