"10-dan sonra " verilişində qonaq olan müğənni Könül Kərimova zəhərləndiyini söyləyib.
Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki, zəhərlənməsinə boranı şirəsi səbəb olub:
"Bir anlıq elə bildim ki, ölmüşəm, yoxam. Gözümü açdım ki, salamatam. Adi boranı şirəsi hazırlayıb içdim, bilmədim nə baş verir. Həkim dedi ki, onu az-az içmək lazım imiş. Şirəni içəndən sonra olan heç nə yadımda deyil. Bir də gözümü açdım ki, ətrafımda həkim var. İndi tam yaxşı olmasam da, yavaş-yavaş özümə gəlirəm.