Oktyabrın 29-da Türkiyədə cümhuriyyətin elan olunmasının 93-cü ili münasibətilə Prezident sarayında mərasim təşkil edilib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə iştirak edən müğənni Kibariyə prezident Rəcəb Tayyib Ərdoğan üçün mahnı oxuyub. Sənətçi "Bana hər şey seni hatırlatıyor" mahnısını ifa edərkən "Allah Allah" deyərək Ərdoğanın üzündən "çimdik götürüb".
Prezident digər müğənni Orhan Gəncəboydan Kibariyənin ifasını 10 üzərindən neçə balla dəyərləndirdiyini soruşub. Gəncəboy da "10 üzərindən 11 verirəm"deyə zarafatla cavab verib.