Rəqqasə Oksana Rəsulova bundan sonra filmlərdə səsləndirmələr edəcək.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, sənətçi bu haqda özü xəbər verib. O bildirib ki, özünü bu sahədə sınayacaq:
"Hər kəsin özünə görə individual səsi var. İnanıram ki, səsimi bir çox yerdən eşitsəniz, tanıyacaqsınız. Artıq bir çox xarici aktrisaların səslərini mən dublyaj edəcəyəm".