"Rusiya-Azərbaycan regionlararası forum iki ölkə münasibətləri üçün mühüm meydandır.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.

O bildirib ki, hər il Azərbaycan-Rusiya regionlararası foruma 500-dək nümayəndə qatılır.

"Bu foruma Rusiya əyalətlərindən, mərkəzi hökumətdən 250-dən çox nümayəndə qatılıb. İki ölkə münasibətlərinin geniş spektri, o cümlədən iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, humanitar sahədəki əlaqələr müzakirə olunacaq. Ötən forumdan bu vaxtadək görülən işlərlə bağlı hesabat yönümlü çıxışlar olacaq, qarşıdan gələn illər üçün təkliflər müzakirə ediləcək, - deyə o vurğulayıb.
Ə. Həsənov qeyd edib ki, bu forum beynəlxalq və regional münasibətlərin indiki vəziyyətində çox aktualdır: "Forum iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Rusiya- Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Bu əlaqələrin inkişafı iki ölkə prezidentinin diqqət mərkəzindədir.