Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Komissiyanın üzvü Mehdi Mehdiyevin apa-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb. Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: "Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur".
M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.