Bakı və Abşeron yarımadasında noyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, 

Bakıda və Abşeron yarımadasında

Noyabrın 01-dəarabir yağış yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Xəbərdarlıq

Noyabrın 01-dən 03-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 01-də arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

Xəbərdarlıq

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 03-dək davam edəcək. Arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.