Azərbaycanın xalq artisti, aktrisa  Elmira Şabanovanın 76 yaşı tamam olur.

Unikal.org bildirir ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. 1958-1962- ci illərdə M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq, sonra isə 1969-cu ildə rejissorluq fakültəsini bitirmiş , 1962-1997-ci illərdə müəllim və dosent işləmişdir .

O, 1980-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında 17 bədii filmdə çəkilmişdir. Radio və televiziya tamaşalarında bir sıra maraqlı obrazlar yaratmışdır. Onların arasında Anarın ssenarisi əsasında və rejissorluğu ilə çəkilmiş "Qəm pəncərəsi" filmində ustalıqla oynadığı Həmidə xanım obrazı mühüm yer tutur. 

Həmçinin o, Əsl dost (film, 1959), Səhər (film, 1960), Bədbəxtliyin astanasında (film, 1977),Gəmi saatının sirri (film, 1983), Ötən ilin son gecəsi (film, 1983), Avqust gələndə (film, 1984), Qapalı orbit (film, 1984), Qəm pəncərəsi (film, 1986), Sürəyya (film, 1987), Dairə (film, 1989), Gecə qatarında qətl (film, 1990), Şahid qız (film, 1990), Zirzəmi (film, 1990), Fəryad (film, 1993), Təhminə (film, 1993), Özgə vaxt (film, 1996), Çalışan adam (film, 1996), Son döyüş (film, 1996), Mirzə Babayev (film, 2001), Gəlinlər (film, 2002), Tam məxfi (film, 2004), Əlvida, cənub şəhəri (film, 2006), Yoxlama (film, 2006), Qafqaz (film, 2007), Qızlar (film, 2007), Qocalar (film, 2008), 40-cı qapı (film, 2009) (tammetrajlı bədii film), Ağabəyovlar, İçərişəhər (film) kimi filmlərlədə oynadığı obrazlarla da yaddaşlarda iz qoymuşdur.

18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2006-cı ildə isə  xalq artisti adına layiq görülüb.

Qeyd edək ki, Elmira xanım, rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun isə anasıdır.