Türkiyənin məhşur müğənnisi Emrah Sibel Kirerdən olan oğlu ilə kamera qarşısına keçib.
Unikal.org türkiyə mətbuatına istinadən o, Esquire jurnalına müsahibə verib.
Yeni serialının çəkilişləri üçün Kapadokyada olan məşhur sənətçi 2 yaşındakı oğlu Elyesa və altı aylıq hamilə olan həyat yoldaşı Sibellə obyektiv qarşısına keçib.
Emrah Ərdoğan kiçik yaşda qazandığı şöhrəti və oğluyla əlaqədar xüsusi açıqlamalar verib.
"Oğlum əgər mənə sən niyə kiçik yaşda məşhur olmağı seçdin? sualını versə mən ona cavab verərə bilmərəm. Mən məşhur olmaqdan şikayətçi deyiləm. Sadəcə, uşaq yaşda məşhur olmağı mən seçmədim, bəzi şeylər özbaşına inkişaf etdi.
Oğluma ibtidai məktəb çağındakı uşaq Emrah haqqında izahat vermək istəyərəm. Diyarbakırın Guleman kəndində bir xəstəxananın yanındakı tək otaqlı bir evdə anasıyla yaşayan tək uşağı izah edərdim. Qar yağdığı zaman qardan ötəri pəncərənin hamısının bağlandığını, buna görə içəridən qaranlığa büründüyünü və o uşaq Emrahın əliylə qar itələyərək işığı görməyə çalışdığı anları Elyesaya izah etmək əhəmiyyətli ola bilər. Yəni atasının necə bir yerdən gəldiyini, keçmişiylə barışıq olduğunu bilməsini istəyirəm. Mübarizə etdiyimi, özgüvenimi kaybetmediğimi anlaması yaxşı olar. Yeni doğulacaq qızıma da izah edəcəyəm şeylər var. Dinləyəcəkləri o qədər çox hekayə var ki ..."-deyə Əmrah bildirib.