Rusiya baş nazirinin müavini Dmitri Roqozin dekabr ayında Bakıya səfər edəcək.

Unikal.org trend-ə isinadən bildirir ki, D.Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Dekabrın əvvəllərində keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində baş tutacaq işçi şurasında Rusiyanın bir sıra şirkətlərinin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, hökumətlərarası komissiyanın sonuncu iclası ötən il oktyabrın 9-da keçirilmişdi.