Yeni təyyarə dünyanı lərzəyə saldı - "Ruh" qırıcılar ilk dəfə...

Unikal.org xəbər verir ki, Çin ordusu bu vaxtadək gizli saxladıqları, dünyanın ən güclü döyüş təyyarələrindən birini ictimaiyyətə təqdim edib.

Çjuxay şəhərində keçirilən avia-şouda "J-20" qırıcılarından ikisi 60 saniyəlik uçuş gerçəkləşdirib. Radara düşməyən bu döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətləri açıqlanmır.

5 il əvvəl istehsal edilən "Ruh" qırıcılarının 2018-ci ildə ordunun istifadəsinə veriləcəyi gözlənilir. 5-ci nəsil "J-20" döyüş təyyarəsi Çin ordusunun son illər gerçəkləşdirdiyi uğurlu layihələrdən biridir.