Cəbhədəki vəziyətlə bağlı Müdafiə Nazirliyindən daha bir məlumat yayıb.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

Сavab tədbirləri nəticəsində düşmən susdurulub.

Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.