30 yaşlı model İrina Şeyk maraqlı açıqlamaları ilə təəccüb doğurub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, ailənin hər şeydən üstün olduğunu deyib:
"Mən öz işimi sevirəm, mənim üçün çox əhəmiyyətlidir. Amma bu, həyatımda əsas deyil. Düşünürəm ki, ən vacib şey ailədir. Atam artıq 20 ildir ki, anamla evlidir, mən də artıq öz şəxsi ailəmi yaratmaq istəyirəm. Uşaq dünyaya gətirmək üçün "düzgün zaman anlayışının olduğunu düşünmürəm. Məsələn, mənim bacım 22 yaşında ana oldu və bu onun üçün mükəmməl zaman idi. Yanvarda 31 yaşım olacaq və düşünürəm ki, artıq mən də ana olmalıyam. Əsas odu ki, doğru kişini tapasınız".