ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Naibə Allahverdiyeva maraqlı açıqlamalar edib.

Unikal.org  bildirir ki, aktrisa verilişdə "Qadın ürəyi" adlı şeir dedikdən sonra göz yaşlarını saxlaya bilməyib:

"Mən istəyərdim ki, əks cinsin nümayəndələri qadınlarımıza sahib çıxsınlar.Mən bu cəmiyyətdə görəndə ki, qadınlarımız çox əziyyət çəkir, çox pis oluram. Bizim qadınlarımız çox gözəldirlər. Həm ailəcanlı, həm də yoldaşlarına sadiq. Dünyada Azərbaycan qadını kimisi yoxdur. Başqa millətlərin də qadınları ilə ünsiyyətdə olmuşam. Onlar tamam başqadır,bizim qadınlarımız tam başqadılar. Bizim qadınlarımız kişilərimizdən asıldır. Bizim qadınlarımız öz yoldaşlarını özlərinə arxa-dayaq hesab edirlər. Mən çox istərdim ki, kişilərimiz qadınlarımıza sahib çıxsınlar".



Əməkdar artist efirdə ağladı - "Bizə sahib çıxın"