Türkiyənin 8-ci prezidenti Turqut Özalın qardaşı Korkut Özal bu gün səhər vəfat edib.

Unikal.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, İstanbulda yaşadığı evdə dünyasını dəyişib.
K.Özal noyabrın 4-də İstanbulda torpağa tapşırılacaq.

Qeyd edək ki, K.Özal 1929-cu il mayın 29-da Türkiyənin Malatya bölgəsində anadan olub. O, 1974-1977-ci illərdə müxtəlif nazirliklərə başçılıq edib.