Əməkdar artist Səlim Abbasov yol hərəkət qaydalarını pozması ilə bağlı "Xəzər xəbərdə yayımlanan süjetdən danışıb.
Unikal.org bildirir ki, axşam.az-a açıqlama verən skripka ifaçısı günahsız olduğunu deyib.
O bildirib ki, onu heç bir polis idarəsinə çağırmayıblar:
"Evimin qarşısında 8 ay əvvəl çəkilən bir video idi. Mən adam öldürməmişəm, kiməsə sataşmamışam. Məni niyə polis idarəsinə çağırmalıdırlar? Başımı aşağı salıb, öz işimlə məşğul oluram. Çalışıram ki, həyatda və sənətdə səhv buraxmayım. Həyət evində yaşayıram. Evimdən 50 metr aralıda avtoyuma yeri var. Ora getmək üçün şoseyə çıxmaq lazım deyildi. Bacım uşağı yanımda əyləşdi. Yolda banan aldım, oturduq maşında yedik. Yazıblar "Səlimə cəza verildi. Harda görünüb ki, banan yeyəndə cəza verilməlidir? Elə qanun var ki, banan yeyəndə maşın sürmək olmaz? Xəbər tapmırlar yayımlamağa? Yağış yağanda küçəmizi su basır, bunu gündəmə gətirsinlər ki, dövlətin xəbəri olub, problemi aradan qaldırsın.
S.Abbasov yol hərəkət qaydalarına hər zaman riayət etdiyini də deyib:
"Dövlətin qoyduğu qanunlara əməl etmək borcumdur. Mən də rayona konsertə, tədbirə gedəndə, tələsəndə sürət həddini aşmışam. Cəriməsi nədirsə, ödəmişəm də.