Futbolcu Gökhan Töre aktrisa sevgilisi olan Esra Bilgiclə nişanlanıblar.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, hazırda "Vest Hem"də oynayan Gökhan İngiltərədə olsa da, sevgilisi ilə tez-tez görüşməyə çalışır. 24 yaşları olan cütlüyün ötən aylarda ailələr arasında gizli nişanlandığı məlum olub. "Diriliş Ertuğrul" serialında çəkilən Esra, şəxsi həyatları ilə gündəmə gəlmək istəmədiyi üçün nişanlanmasını gizlədir.

Aktrisanın "İnstaqram" səhifəsində paylaşdığı fotosunda barmağındakı üzük gözlərdən yayınmayıb.

Onlar 2017-ci ilin yayında İstanbulda toy edəcəklər.


Картинки по запросу esra bilgic gokhan tore
Картинки по запросу esra bilgic gokhan tore