Braziliyada 2015-ci ildən ən gözəl qadın ombasına malik olan qızlar yarışmasında birinci olan model Suzy Cortez Rusiya dövlət başçısı Vladimir Putinin gücünə və kişiliyinə heyran olduğunu ifadə edib.

Unikal.org xəbər verir ki, 26 yaşındakı Cortez Rus liderinin hökumətində vəzifə ala bilmək üçün bol qazanclı modellik kariyerasın imtina edəcəyini deyib. Braziliyalı gözəl deyib ki, Putin çox güclü bir başçı olaraq gördüyümü qətiliklə söyləmək istərdim.

Braziliyada heç zaman siyasətlə məşğul olmadığını dilə gətirən model, əgər ona Rusiya vətəndaşlığı verilərsə fərqi adam olacağını deyib: "Rusiya vətəndaşı olmaq istərdim. Əslində hüquq fakültəsi diplomum var və Rus hökuməti üçün modellik karyeram imtina etməyə hazıram".

Cortez, vətəndaşı olmaq istədiyi Rusiyanın, futbol milli komanda formasını geyərək verdiyi şəhvətli pozalarla rəsmi Moskvaya olan simpatiyasını göstərib. Gözəl model, Rusiyada 2018-ci ildə təşkil ediləcək olan 'Dünya Kuboku' finallarında Rusiyada olmaq istədiyini ifadə edib.

'Mis Bum Bum' ləqəbli Cortez, finallarda Braziliyanı deyil Rus milli komandasını dəstəkləyəcəyini ifadə edib: "Rusiya milli komandasının dünya kubokunu qazanması möcüzə olardı. Bizimkinin əksinə, Rus milli komandasının maskotunu çox sevirəm. Braziliyada təşkil edilən Dünya Kuboku finalları tam bir fəlakət idi". 

Cortez bundan əvvəl dünya şöhrətli məşhur futbolçu Lionel Messiyə maraqı ilə də gündəmə gəlmişdi. Messi və arvadı Antonella Rocuzzonun ictimai media hesabına çox cürətkar pozalar göndərən gözəl model ona maneə törətdiyini açıqlamışdı.