Rusiyanın Orenburq şəhərində yaşayan azərbaycanlı itkin düşüb.
Unikal.org -un APA-ya istinadən məlumatına görə, "Azərbaycan-Slavyan Gənclər Assosasiyasının rəhbəri Toğrul Allahverdili bildirib ki, əslən Azərbaycanın Ağcəbədi rayonunun Sarıcalı kəndindən olan Əhmədov Ziyad Saday oğlu ötən əsrin 90-cı illərinin əvvəlindən Orenburqda yaşayıb. Oğlu da, anası da Rusiya vətəndaşıdır. Hər ikisi hazırda Orenburqda yaşayır.
Z. Əhmədov 3 il əvvəl Moskvaya gedəcəyini bildirərək evdən çıxıb, bir daha geri dönməyib, o vaxtdan ondan heç bir xəbər yoxdur.
Bu müddət ərzində məhdud çərçivədə axtarılsa da, artıq onunla bağlı bu yaxınlarda bütün Rusiya üzrə axtarış verilib