Vaşinqtonda yaşayan 24 yaşlı ana Aşli Hutt sevgilisi ilə birlikdə polis tərəfindən saxlanılıb.
Unikal.org bildirir ki, onlar uşaqlarına heroin verməkdə təqsirləndiriliblər. Qadının əlindən uşaqlar alınıb.
İddialara görə, ana uşaqlarını yatırtmaq üçün "yuxu dərmanı" adı ilə heroin verib. Aşlinin rəfiqələri polisə bu barədə məlumat veriblər. Polislər evdə araşdırma apardıqdan sonra məlum olub ki, qadın narkotik istifadəçisidir və uşaqlarını da buna öyrəşdirir./milli.az/