Pakistanın Peşavar şəhərində "Əfqan qızı" Şərbət Gulanın məhkəməsi baş tutub.

Unikal.org axşam.az-a istinadən bildirir ki, məhkəmə onun təzminat qarşılığında azad edilməsini qəbul etməyib.

Xatırladaq ki, bu ilin oktyabrında Pakistanda həbs edilən "Əfqan qızı"nın ölkədə saxta sənədlərlə yaşadığı məlum olub. Xarici işlər naziri məsələyə qarışaraq Şərbətin girov qarşılığına azadlığa çıxması üçün səy göstərəcəyini bildirib. Lakin məhkəmə dəlillərə baxdıqdan sonra fərqli qərar qəbul edib. Əqanıstan səfirliyi də bu yaxınlarda rəsmi reaksiya verəcəyini açıqlayıb.

Qeyd edək ki, 1985-ci ildə "National Geographic"in üz qabığına çıxaraq məşhurlaşan Şərbətin kimliyi illər sonra bəlli olmuşdu. 2002-ci ildə o, yenidən jurnalın üz qabığına çıxarılmışdı.