Türkiyədə baş verən bu ailə dramı eşidənləri dəhşətə gətirir.
Unikal.org xəbər verir ki,Afyonkarahisarda 15 ay əvvəl itən ata və oğlunun cəsədləri, evlərindən təxminən 200 metr uzaqlıqdakı çökəkdə tapılıb.
Əraziyə yaxın kərpic fabrikində çalışan işçilər, dağlıq sahədəki çökəkdə 2 cəsəd olduğunu müəyyən ediblər.
Hadisə yerinə gələn polislər cəsədlərin təxminən 15 ay əvvəl itkin düşdükləri barədə xəbərdarlıq edilən 85 yaşlı Qurban və 57 yaşlı oğlu Emrullah Barlasa aid olduğunu təyin ediblər.
Ekspertiziyaya aparılan ata və oğlunun bədənlərində zorakılıq əlamətlərinə rast gəlinməyib.
Ata və oğlunun xəzinə axtarmaq üçün girdikləri çuxurda qazdan zəhərlənərək öldükləri ehtimalı var.